Bir ildə 90 kilo arıqladı Həyatı dəyişdi FOTO


Digərləri 02 Avq 2019 03:30:00 332 0

Bir ildə 90 kilo arıqladı  Həyatı dəyişdi  FOTO

Yeni Zelandiyada stilist Simona Anderson bir ildə 90 kq arıqlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, ömrü boyu artıq çəkilərdən əziyyət çəkən qadının ayaqları tutulmağa başlayıb. Sonda isə o, yatağa düşəndən sonra arıqlamağa qəti qərar verir.

2014-cü ildə mədəkiçiltmə əməliyyatı keçirən qadın  1 ildə düz 90 kiloqram arıqlayıb.

İndi o, sağlam qidalanır və idmanla məşğul olur. Simona sosial şəbəkə vasitəsi ilə artıq çəkidən əziyyət çəkənlərə kömək edir.

"Heç vaxt özümü belə yaxşı hiss etməmişəm, artıq çəkilər həyatımı qaraltmışdı. Mən yaşamırdım sürünürdüm. Psixoloji vəziyyətim o qədər pozulmuşdu ki, hətta zibil atmağa belə bayıra çıxmırdım. Elə bilirdim hamı mənə güləcək"- deyə o açıqlamasında bildirib.