Xüsusi nümayəndə: Suriya və İraqda 15 min İŞİD terrorçusu qalır


Digərləri 02 Avq 2019 03:26:00 195 0

Xüsusi nümayəndə: Suriya və İraqda 15 min İŞİD terrorçusu qalır

ABŞ administrasiyası hesab edir ki, Suriya və İraqda təxminən 15 min İŞİD terror qruplaşmasının üzvü qalır

Bakı. ABŞ administrasiyası hesab edir ki, Suriya və İraqda təxminən 15 min İŞİD terror qruplaşmasının üzvü qalır. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlər üçün brifinqdə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib. C.Ceffri bildirib: "İraq və Suriyada dəyərləndirmələrə görə təxminən 15 min terrorçu qalır. Bildiyiniz kimi, bu şəxslər Fəratın cənub istiqamətində hər iki tərəfə hərəkət edirlər. Onlar şimal-şərqə hərəkət etmirlər, çünki orada biz təhlükəsizliyi təmin etmişik". Xüsusi nümayəndə qeyd edib ki, ABŞ İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə müttəfiqlərini Suriyada hərbçilərini saxlamağa çağırır.