Bakıda 8 otaqlı ev yanıb


Digərləri 02 Avq 2019 02:46:00 201 0

Bakıda 8 otaqlı ev yanıb

Bakıda yanğın qeydə alınıb

Bakı. Bakıda yanğın qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, şəhərin Suraxanı rayonunda ümümi sahəsi 200 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.