Keçən il 4,4 milyard insan...


Digərləri 02 Avq 2019 02:30:00 249 0

Keçən il 4,4 milyard insan...

2018-ci ildə hava nəqliyyatı ilə qlobal sərnişin daşıması 6,9 faiz artaraq 4,4 milyard nəfərə çatıb. Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatında bildirilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə aviaşirkətlər 284 milyon aviareys həyata keçirib. Ən çox sərnişin daşıması Asiya-Sakit okean regionunun payına düşüb (1,6 milyard sərnişin). Avropanın aviaşirkətləri 1,1 milyard, Şimali Amerika firmaları isə 989,4 milyon sərnişinə xidmət göstərib.

IATA qeyd edib ki, təyyarələrin doluluq səviyyəsi rekord göstəriciyə - 81,9 faizə çatıb. 2018-ci ildə hava nəqliyyatı ilə ən çox Böyük Britaniya, ABŞ, Çin, Almaniya və Fransa vətəndaşları səyahət ediblər. Məlumatda qeyd olunur ki, lou-cost (aşağı qiymətli) seqmenti qlobal sərnişin daşımasının 21 faizini təşkil edib. "Hazırda 22 min şəhər arasında birbaşa hava uçuşları mövcuddur ki, bu da 2017-ci illə müqayisədə 1300, 1998-ci ildə olduğundan isə 10,250 reys çoxdur", deyə IATA-nın məlumatında bildirilir.