Qvineyada ildırım 6 nəfəri öldürüb


Digərləri 02 Avq 2019 01:14:00 235 0

Qvineyada ildırım 6 nəfəri öldürüb

Qvineyada manqo ağacının altında oynayan bir qrup uşağı ildırım vurub

Bakı. Qvineyada manqo ağacının altında oynayan bir qrup uşağı ildırım vurub. Trend-in yerli "Guinee Matin" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 uşaq həlak olub, daha 2-si isə xəsarət alıb. İnsident Sigiri prefekturasında ölkənin şimal-şərqində baş verib.