Yəməndə hərbi parad atəşə tutuldu


Dünya 01 Avq 2019 23:56:00 232 0

Yəməndə hərbi parad atəşə tutuldu

Yəmənin Ədən şəhərində hərbi parad atəşə tutulub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bundan başqa, parad zamanı polis idarəsi yaxınlığında avtomobil partladılıb. Hadisə nəticəsində 49 nəfər həlak olub. Daha 48 nəfər xəsarət alıb.

Qeyd olunur ki, hərbi qulluqçuların buraxılışı ilə əlaqədar keçirilən parada raket zərbəsi endirilib.

Ölənlərin sayının artacağı ehtimal edilir.