Zelenski DTX rəisini işdən çıxardı


Dünya 01 Avq 2019 23:57:00 279 0

Zelenski DTX rəisini işdən çıxardı

Ukrayna Prezidenti Vladimir Zelenski Zaporojye vilayətinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Xilkonu vəzifəsindən azad edib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə dövlət başçısının saytı xəbər yayıb.

A.Xilko 2017-ci ilin fevralından bu vəzifədə çalışıb.

Qeyd edək ki, bu qərara qədər V.Zelenski Odessa, Lvov, Zakarpatya, Çernoviçko, Donetsk və Luqansk əyalətlərinin də Dövlət Təhlükəsizlik Xidməti rəislərini işdən azad edib.