İnsan ölümü xatırlasa, əməl və rəftarlarına diqqət edər


Digərləri 01 Avq 2019 23:50:00 272 0

İnsan ölümü xatırlasa, əməl və rəftarlarına diqqət edər

İmam Əli (ə) buyurur: "Ölülərinizin öləndən sonra gördüklərini siz görsəydiniz, səbirsizlik edərdiniz, dəhşət və iztirab sizə hakim olardı". (Tebyan)

Yəqin ki, bir çoxlarınız dünyasını dəyişmiş insanı dəfn edən zaman qəbiristanlığa getmisiniz. Həmin ölüyə nəzər salan zaman görürsünüz ki, bir neçə saat əvvəl başqa insanlar kimi, o da hərəkət edir və öz işini görürdü. Ancaq indi hərəkətsiz bir halda sönmüş bir meyitə çevrilmişdir. Əlbəttə, bu, işin zahiri tərəfidir. Biz meytin nə çəkdiyini və hansı halda olduğunu dərk edə bilmərik. Hədislər buyurur ki, bu meyit fəryad çəkər və nalə edər, ancaq heç kəs onu eşitməz.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur ki, siz ki, sağsınız, bilmirsiniz ki, həmin ölünün başına nələr gəlir. Əgər onları görsəydiniz, mütləq vəhşətə düşər və iztirab keçirərdiniz.

İnsan ölən kimi ayıq olar və bütün ömrü boyu etdiklərini bir anda dərk edər. Nə deyib, nə iş görübsə - hamısını dərk edər. Nələri əldən verdiyini xatırlayar, ancaq artıq gec olar. Geriyə dönüş olmaz və artıq ömür sona çatmışdır.

Hədislərimiz buyurur ki, ruhu cismindən ayrılmış bir meyit üçün ən çox əziyyət verən şey odur ki, həyatı boyu yaxşı əməlləri az olmuşdur. Əlinin boş olması onu qorxuya salar və dəhşətə salar.

İmam Əli (ə) buyurur: "Ölülərinizin öləndən sonra gördükləri indi sizin üçün gizlidir və tezliklə pərdə qalxacaqdır".

İmam (ə) sağ olanları xəbərdar edir ki, ölülərinizin gördüklərini siz görmürsünüz, ancaq tezliklə sizə də aşkar olacaqdır. İmam (ə) bu işarəsi ilə sağ olanları yuxudan ayıltmağa çalışır və xəbərdar edir ki, heç kəs bu dünyada cavidan yaşamır. Sizin də ölümünüz gəlib çatacaqdır. Hələ ki, sağsınız, axirətiniz üçün azuqə toplayın.

İmam Əli (ə) davam edərək buyurur: "Həmin həqiqətləri sizə də göstərdilər, ancaq görmək istəmədiniz. Sizin qulağınıza çatdırdılar, ancaq eşitmək istəmədiniz. Yolu sizə göstərdilər, ancaq yol getmək istəmədiniz. İbrətlər və nəsihətlər sizə aşkar idi. Uzaq olmalılardan sizi çəkindirdilər".