“Yasin” surəsinin ölən insana təsiri varmı?


Digərləri 01 Avq 2019 23:20:00 266 0

“Yasin” surəsinin ölən insana təsiri varmı?

Ölüm bir həqiqətdir ki, heç kəs ondan qaça bilməz. Ona görə də insan dünyadakı əməllərinə diqqət etməlidir ki, ölən zaman həsrət çəkənlərdən olmasın.

Ölüm -  yox olmaq demək deyildir. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Siz fani olmaq və yox olmaq üçün xəlq olmamısınız, bəlkə qalıcı olmaq üçün xəlq olmusunuz".

O zaman ki, ölənlərimizin qəbri üstünə gedirik, onlara nə isə hədiyyə etmək istəyirik. Quran oxumaq ölənlərimiz üçün ən yaxşı hədiyyədir.

İmam Sadiq (ə) buyurur: "Ölən insan, ona görə istənilən rəhmət və bağışlanmağa görə şad olar. Necə ki, diri insan ona verilən hədiyyəyə görə sevinər".

"Yasin" surəsi o hədiyyələrdəndir ki, həm oxuyana və həm də ölüyə şamil olunar. Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: "Hər kim qəbiristanlıqda "Yasin" surəsini qiraət edər, o qəbiristanlığın qəbir əhlinin əzabı azalar. Ölülərin sayı qədər qari üçün savab yazılar.

Dünya bəlaları və axirət əzabları ondan dəf olar. Bu səbəbdən həmin surəni "Dafiyə" adlandırırlar".