Qəti olan ölümü təxirə salmaq mümkündürmü?


Digərləri 01 Avq 2019 22:50:00 294 0

Qəti olan ölümü təxirə salmaq mümkündürmü?

İmam Əli (ə) buyurur: "Fürsətlər bulud kimi keçir, ona görə də xeyirli fürsətləri qənimət bilin".

İnsan ömrü öz-özlüyündə onsuz da qısadır. Hər kəsin Lövhi-Məhfuzda həyatı qeyd olunmuşdur. Bu əcəli, qəti əcəl adlandırırlar.

Əlbəttə, bəzi əməllər insan ölümünü təxirə salar. Bəzi əməllər isə ölümün tezləşməsinə səbəb olar. Misal üçün, vacibatları yerinə yetirməmək, haramlara üz tutmaq kimi. Ancaq əksinə - yaxşı əməllər yerinə yetirib, vacibatları vaxtlı-vaxtında ən gözəl şəkildə icra etmək insan ölümünü təxirə sala bilər.

İmam Sadiq (ə) buyurur: "Ölümlərin bir çoxu günahlara görə və ömürlərin uzunması isə həsənələrə görədir".

Yəni, insanın ömrünü qısaldan əməl günah və uzadan əməl isə həsənədir.

Quran buyurur: "Kitabda (Lövhi-Məhfuzda) yazılmadan heç bir yaşlı kəsə uzun ömür verilməz və heç bir kəsin ömründən azaldılmaz. Həqiqətən, bunlar Allah üçün asandır". ("Fatir" 11).