Quranın təfsirinə nə üçün ehtiyac var?


Digərləri 01 Avq 2019 22:40:00 252 0

Quranın təfsirinə nə üçün ehtiyac var?

Təfsir elmi, başqa dini elmlər kimi böyük əhəmiyyətə malik olan elmlərdəndir. Bu elmə nə üçün ehtiyac vardır?

1. Bəşərin bu sahədə kifayət qədər elminin olmaması. Təfsir elminə ehtiyac yaranmasının səbəblərindən biri budur ki, bəşərin bu sahədə kifayət qədər elmi yoxdur. Quranı üzündən oxuyub, kamil başa düşmək mümkün deyildir. Çünki bir çox ayələri gizli ayələrdir ki, özündə dərin mənalar gizlətmişdir. Zahirdə göründüyü kimi deyildir. Bu gizli xəzinələri məhs təfsir elmi üzə çıxardır və bizə təqdim edir.

2. Sözləri az və mənası çox geniş olmasına görə. Son.az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərimin hər ayəsində istifadə edilən minimal sayda sözün müqabilində - hansı ki, burada qətiyyən lazımsız sözlər yoxdur - hər sözün böyük əhəmiyyəti və dərin mənaları vardır. Bu İlahi Kitab Allah Təbarəkə və Təala tərəfindən elə tərtib olunub ki, bəşərin hidayət və səadəti üçün lazım olan hər bir şey nisbətən kiçik həcmdə təqdim edilib. Həcmi qısa olsa da, mənaları yerlə gör arasındakı fasilədən də böyükdür.

3. Mövzuların zahirən dağınıq olması. Müqəddəs Quranın xüsusiyyətlərindən biri də budur ki, mövzuları xüsusi tərtibə salınmamışdır, zahirən dağınıq kimi görünür. Yəni, hüquq kitablarında olduğu kimi, maddələr, bəndlər, fəsillər üzrə yığılmayıb, yaxud fəlsəfə kitablarında olduğu kimi, bir açıqlamadan digər açıqlamaya, bir təhlildən digər təhlilə və bu kimi sxemlərlə tərtib edilməyib. Bir mövzuya hansısa ayədə işarə edilir də, başqa ayədə həmin mövzu tamamlanır. Yaxud, hansısa ayədə toxunulan məqam, tamam başqa ayə ilə izah olunur. Məhz təfsir elmi bu mövzuları əlaqələndirərək və sinxronlaşdıraraq, bizə lazım olan məlumatları və elmi çatdırır.

4. Hər əsrin öz ehtiyacı vardır. Hər bir əsrin öz ehtiyacları olduğu üçün, bu səma Kitabında məhs o sahəyə daha çox diqqət edilmişdir. Hər bir əsrin öz dərk səviyyəsi olduğu üçün, hansısa ayəni bir cür mənalandırsa da, başqa bir əsrdə daha inkişaf etmiş zehin ilə onun başqa və daha geniş mənasını verilmişdir.