Kimdir o ən istədiyi ki, insan ona hamıdan çox zülm edir?


Digərləri 01 Avq 2019 22:10:00 288 0

Kimdir o ən istədiyi ki, insan ona hamıdan çox zülm edir?

"Şübhəsiz, Allah insanlara (onları dünya çətinliklərinə və axirət əzablarına düçar etməklə) heç bir zülm etmir, lakin insanlar (həmin şeylərə səbəb olan əməlləri ilə) özləri özlərinə zülm edirlər". ("Yunus" 44).

Bəs necə ola bilir ki, insan özünə zülm edir?

Zülm adətən insanın başqasına pis şeylər istəməsindən meydana gəlir. Necə ola bilər ki, insan özü üçün pis şeylər istəsin?

Son.az deyerler.org-a istinadən bildirir ki, insanın özünə zülm etməsinin səbəblərindən biri - qəflət və cahilliyidir. Cahilliyi üzündən belə xəyal edir ki, özünə fayda verəcəkdir, ancaq əskinə - ziyan vurar. (Tebyan)

Bir nəfər Həzrət Peyğəmbərin (s) səhabələrindən birinə məktub yazır və ondan nəsihət verməsini istəyir. Səhabə də cavabında yazır: "O kəsə ki, hamıdan çox sevirsən, pislik etmə". Həmin kişi bu cümlənin mənasını başa düşmür və xahiş edir ki, bu cümləni onun üçün şərh etsin.

Deyir: "Məgər bu mümkündürmü ki, mən bir kəsi çox istəyəm və ona pislik edəm?".

Səhabə cavabında yazır: "Bəli, mümkündür. O kəsi ki, hamıdan daha çox istəyirsən - sənin özünsən. Cəhalətliyin üzündən özünə xeyir vermək xəyalı ilə özünə pislik edirsən. Bütün günahlara batırsan və elə bilirsən ki, özünə fayda verirsən. Halbuki, bu əməl özünə qarşı düşmənçilik və xəyanətdən başqa bir şey deyildir".