Ötən ay ölkədə 249 ədəd partlamamış hərbi sursat, 6 ədəd tank əleyhinə mina aşkarlanıb FOTO


Digərləri 01 Avq 2019 21:03:00 291 0

Ötən ay ölkədə 249 ədəd partlamamış hərbi sursat, 6 ədəd tank əleyhinə mina aşkarlanıb  FOTO

ANAMA 2019-cu ilin İyul ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a bildirilib ki, 2019-cu ilin iyul ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Qazax, Quba, Samux, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 1 066 491 m² (106,65 ha) ərazi yoxlanılmış, 249 ədəd partlamamış hərbi sursat (PHS), 6 ədəd tank əleyhinə mina (cəmi: 255 ədəd) aşkar edilərək zərərsizləşdirilmişdir.

Əməliyyatlarda 467 nəfər əməliyyat heyəti, 124 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 536 038 420 m² (53 603,84 ha) ərazi təmizlənmiş, 803 953 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.

İyul ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 (üç), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 12 (on iki), Dövlət Sərhəd Xidmətindən (DSX) - 2 (iki) və Rayon Polis Şöbəsindən (RPŞ) - 1 (bir) müraciət daxil olmuşdur (cəmi: 18 çağırış).