Formaca sadə, mahiyyətcə olduqca dərin


Digərləri 01 Avq 2019 20:50:00 222 0

Formaca sadə, mahiyyətcə olduqca dərin

Ayətullah Əmininin tələbələrə bəzi tövsiyələrinə diqqət edək.

Alim buyurur: "Bəndə indi ahıl çağındadır və ölümün intizarını çəkirəm. Tələbəlik illərini müxtəlif səthlərdə dərk etmişəm. Adətən səhvlərin və müvəqqəti bəlaların şahidi olmuşam. Ancaq hər nə olubdursa, keçib gedibdir. Çünki insan ömrü sürətlə sona çatır. Dünya həyatı xəyal və yuxudan başqa bir şey deyildir. Sonda insana ancaq peşmanlıq və həsrət buraxır.

Ona görə də siz cavanlar! Əgər indidən gələcəyinizin fikrində olsanız, ölümə yaxın anlarda həsrət çəkənlərdən olmazsınız.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu səbəbdən sizə bəzi tövsiyələrim vardır və istəyirəm ki, onlara əməl edəsiniz:

1. Ata və ananızın razılığını əldə edin. Valideyn haqqı insan üzərində olan ən böyük haqlardan biridir və insanı Siratdan keçənə qədər təqib edər. Ona görə də valideynləri hər bir halda razı salmaq insanın borcudur. İstər ixtisas seçən zaman, istərsə də başqa həyat mövzularında.

2. Özünü tərbiyə etmək. İnsanın daima əxlaq müəlliminə ehtiyacı vardır. Bu mövzuda diqqət edin ki, müəllim özü dediklərinə əməl edən insan olsun.