Dəfn mərasimində qadınlar iştirak edə bilərmi?


Digərləri 01 Avq 2019 20:45:00 220 0

Dəfn mərasimində qadınlar iştirak edə bilərmi?

İslam ənənəsinə görə, dəfn mərasiminə qadınların qatılması bəyənilmir. Mənbələrdə bunu qadağan edən hədislər də vardır. Ümumiyyətlə, İslam dini kişi ilə qadınların kütləvi şəkildə eyni mərasimə qatılmalarını xoş qarşılamır. Bu üzdən toy və yas mərasimlərində də kişi və qadın məclisləri ayrı-ayrı təşkil edilir.

Son.az islam.az-a istinadən bildirir ki, bunun məqsədi ortadakı naməhrəmliyin toxunulmazlığını təmin etməkdir. Bundan əlavə, qadınlar kişilərə nisbətən daha emosionaldırlar. Dəfn mərasimində iştirak etmək onların ruhiyyəsinə mənfi təsir edər. Öz əzizinin torpağa tapşırılmasını görmək qadın üçün çox çətindir. Qadın dəfn mərasiminə qatılarsa, hisslərini gizlədə bilməyəcək və naməhrəmlər onun ağlayıb şivən qoparmasını görəcəklər. Ənənəyə görə, qadınlar dəfndən bir neçə gün sonra qəbir ziyarətinə gedirlər və onların qəbir ziyarəti kişilərin iştirakı olmadan, qısa şəkildə baş verir.