Niyə bəzi insanlar başqalarına zülm edirlər?


Digərləri 01 Avq 2019 20:20:00 231 0

Niyə bəzi insanlar başqalarına zülm edirlər?

Əgər insanların rəftarında başqalarına zülm etməyin köklərini bilmək istəyiriksə, gərək həmin insanın ruhi və cismi sağlamlığına nəzər salaq. Adətən zalım insanlar, başqaları tərəfindən həqarət görən və ruhi xəstə insanlar olurlar.

Çünki o kəsin ki, ruhu sağlam olar və sağlam şəxsiyyətə malik olar - belə insan heç bir zaman başqalarına zülm etməz.

Son.az deyerler.org-a istinadən bildirir ki, əgər cəmiyyətdə olan zülm əhlini tədqiq etsək, görərik ki, bu insanların özləri təhqir görmüş və zülm görmüş insanlardırlar. Bəzən isə nadanlıq insanın başqalarına zülm etməsinə səbəb olar. Allahdan qafil olmaq, imansızlıq, təqvadan uzaq olmaq - bu kimi rəzil xislətlər bütün zülmlərin kökünü təşkil edir. (Beytutə)

"Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət və gücün Allaha məxsus olmasını və Allahın şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar)". ("Bəqərə" 165).