Mədəniyyət naziri Qazaxıstanın ölkəmizdəki səfirini qəbul edib (FOTO)


Digərləri 01 Avq 2019 20:17:57 166 0

Mədəniyyət naziri Qazaxıstanın ölkəmizdəki səfirini qəbul edib (FOTO)

Avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayevi səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul etdi.

Bakı. Avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayevi səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul etdi. Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, səfir Beybit İsabaev Azərbaycanda çalışdığı müddət ərzində ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açdı. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğuladı. Əbülfəs Qarayev Azərbaycan-Qazaxıstan arasında mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu dilə gətirdi. Nazir Azərbaycanda səfir kimi səlahiyyət müddətinin başa çatan Beybit İsabayevə cansağlığı və gələcək fəaliyyətində uğurlar arzuladı.