Azərbaycanlı həkim axtarışa verildi


Kriminal 01 Avq 2019 19:50:00 231 0

Azərbaycanlı həkim axtarışa verildi

Gürcüstanda fəaliyyət göstərən "Lanset" klinikasının azərbaycanlı rəhbəri Fərman Ceyranlı axtarışa verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat "İnterpol"un rəsmi saytında yerləşdirilib.

İxtisasca cərrah olan Fərman Ceyranlı qanunsuz orqan transplantasiyasında təqsirli bilinir.

Bu səbəbdən Azərbaycanın hüquq-mühafizə orqanları onu "İnterpol" xətti ilə axtarışa verib. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin də rəsmi saytında öz əksini tapıb.

"Ceyranlı Fərman Cahan oğlu - 03.12.1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. "İnterpol" kanalları ilə beynəlxalq axtarışdadır",- deyə rəsmi məlumatda qeyd olunur.