Ali məktəblərə müsabiqədən kənar qəbul olunanlar var, onların SAYI


Digərləri 01 Avq 2019 19:29:58 192 0

Ali məktəblərə müsabiqədən kənar qəbul olunanlar var, onların SAYI

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunanların sayı açıqlandı.

Bakı. İlhamə İsabalayeva - 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunanların sayı açıqlandı. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, bu il 3 nəfər incəsənət, 3 nəfər dünya fənn olimpiadası, 22 nəfər respublika fənn olimpiyadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan "Internatıonal Baccalaureate" təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədən kənar ali təhsil müəssisələrinə daxil edilib. Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar. Müsabiqədən kənar qəbul olunan abituriyentlər dövlət sifarişi əsasında təhsil alacaqlar. Digər müsabiqə iştirakçılarının nəzərinə çatdırırıq ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışında təqdim olunan dövlət sifarişli yerlərdən müvafiq ixtisaslar üzrə 99 yer artıq tutulub.