UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkilində fəal iştirak etmiş bir qrup şəxs fəxri diplomla təltif edilib


Digərləri 01 Avq 2019 19:02:46 212 0

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkilində fəal iştirak etmiş bir qrup şəxs fəxri diplomla təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyev UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2019-cu il 30 iyun–10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilirlər: Babazadə Aygün Zeynal qızı Bağırlı Araz Fikrət oğlu Bayramov Rizvan Mustafa oğlu Eyvazzadə Vasif Rasif oğlu Əhmədov Əfsun Məzahir oğlu Əliyeva Günay Sabir qızı Xıdırov Ələkbər Şahmar oğlu Pietro Laureano Sami Yusuf. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin