UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkilində fəal iştirak etmiş bir qrup şəxs orden və medallarla təltif edilib


Digərləri 01 Avq 2019 19:08:04 240 0

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkilində fəal iştirak etmiş bir qrup şəxs orden və medallarla təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyev UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2019-cu il 30 iyun–10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər təltif edilirər: 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Qarayev Əbülfəs Mürsəl oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Məmmədəliyeva Sevda Yusuf qızı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Kərimov Anar Qabil oğlu “Tərəqqi” medalı ilə Abbəkirov Ramil Ələkbər oğlu Axundov Tamerlan Məmmədbağır oğlu Əliyev Rəşad Rahib oğlu Həsənov Seymur Qadir oğlu İbrahimova Xumar Asif qızı Qəmbərova Təranə Əlikram qızı. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin