BP Azərbaycandan olan işçilərinin sayını açıqladı


Digərləri 01 Avq 2019 18:55:00 278 0

BP Azərbaycandan olan işçilərinin sayını açıqladı

2019-cu ilin ikinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2510 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Son.az xəbər verir ki, BP-nin Bakı ofisindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

Bu ilin birinci yarısı ərzində BP Azərbaycan şirkətinin on yerli işçisi BP-nin Böyük Britaniya, İraq, Rusiya və digər ofislərində yüksək vəzifəli rəhbər işlərə təyin olunub.