Yakutiyada fövqəladə vəziyyət elan edildi


Dünya 01 Avq 2019 18:33:00 269 0

Yakutiyada fövqəladə vəziyyət elan edildi

Rusiyanın Yakutiya respublikasında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, respublikanın rəhbəri Aysen Nikolayev bununla bağlı avqustun 1-də fərman imzalayıb.

Hazırda Yakutiyada ümumi ərazisi 1431 hektarı əhatə edən 20 meşə yanğınının qarşısının alınması üçün mübarizə aparılır.

Yanğınların söndürülməsi üçün 700-ə yaxın yanğınsöndürən, o cümlədən paraşütçü və desantçı yanğınsöndürənlər cəlb edilib.