Məşhur dünya çempionu 8 yaşlı qızına təcavüz edirmiş


Dünya 01 Avq 2019 18:22:00 259 0

Məşhur dünya çempionu 8 yaşlı qızına təcavüz edirmiş

Boks üzrə argentinalı keçmiş dünya çempionu Karlos Baldomir qızına qarşı zorakılığa görə 18 il həbs cəzasına məhkum edilib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, istintaq, Baldomirin öz qızına uşağın səkkiz yaşından təcavüz edirmiş. Prokurorluq 14 şahidin ifadəsinə etibar edib. Baldomir qızına qarşı bir neçə cinsi istismar epizodu ilə təqsirli bilinib. 

Qeyd edək ki, Baldomir karyerasını 2014-cü ildə başa vurub. 2006-cı ilin iyul ayında Arturo Gattini məğlub edərək Dünya Boks Şurasının (WBC) dünya çempionu kəmərini qazanıb. Həmin ilin noyabrında amerikalı Floyd Mayweatherə uduzaraq titulunu itirib. Baldomir karyerası ərzində 49 qələbə qazanıb və 16 məğlubiyyətə uğrayıb.