Diqqət! Bu ərazidə rənglənmə işləri aparılacaq
Digərləri 01 Avq 2019 18:19:42 188 0
Bu gün axşam saat 22:00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bakı.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Trend-in məlumatına görə, agentlik bu üzdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.
Mənbə: az.trend.az