UNESKO Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edir


Digərləri 01 Avq 2019 17:45:08 213 0

UNESKO Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edir

UNESKO tərəfindən 2019-cu il üzrə UNESKO-Yaponiya Gənc Tədqiqatçılar üçün Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edilmişdir.

UNESKO tərəfindən 2019-cu il üzrə UNESKO-Yaponiya Gənc Tədqiqatçılar üçün Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edilmişdir. Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, insan resursları üçün potensialın gücləndirilməsi üzrə Yaponiyanın Etimad Fondu tərəfindən layihələşdirilən bu proqram əsasən aşağıdakı tədqiqatların aparılmasına yönəlib: ətraf mühit, xüsusilə fəlakət riskinin azaldılması; mədəniyyətlərarası dialoq; informasiya və kommunikasiya texnologiyaları; münaqişələrin sülh yolu ilə həlli. Gənc tədqiqatçıların bilik və imkanlarını gücləndirmək məqsədi daşıyan bu proqramda hökümət, qeyri-hökümət qurumları, universitetlər və elmi-tədqiqatlar institutların nümayəndələri iştirak edə bilərlər. Müvafiq proqram üzrə son müaraciət tarixi 29 noyabr 2019-cu il olaraq müəyyən edilmişdir.