Azərbaycan tanklarından yoxlama atəş açıldı FOTO


Digərləri 01 Avq 2019 17:27:00 233 0

Azərbaycan tanklarından yoxlama atəş açıldı  FOTO

"Beynəlxalq Ordu Oyunları - 2019" yarışları çərçivəsində keçiriləcək "Tank biatlonu" müsabiqəsində iştirak edən tankçılarımız onların istifadəsinə verilən döyüş maşınlarına baxış keçiriblər.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıblar. Komandalar tankın ştat silahından yoxlama atışları da icra ediblər.

Püşkatmanın nəticələrinə əsasən 23 komandanın iştirakı ilə keçiriləcək "Tank biatlonu" müsabiqəsində Azərbaycan tankçıları avqustun 3-də yarışlara başlayacaqlar. Final estafeti avqustun 17-də keçiriləcək.


Xəbərə aid fotolar