Hindistanda uşağın ağzından 500dən çox diş çıxarıldı


Dünya 01 Avq 2019 16:10:00 222 0

Hindistanda uşağın ağzından 500dən çox diş çıxarıldı

Hindistanın Çennay şəhərində 7 yaşlı uşağın ağzından 500-dən çox diş çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, uşaq alt çənəsində yaranan şiş və ağrılarla əlaqədar həkimə müraciət edib.

Aparılan müşahidələr nəticəsində şişən bölgədə 526 ədəd xırda dişin çıxdığı məlum olub.

Həkimlər bir saat yarım davam edən əməliyyat nəticəsində 200 qramlıq şişi aradan götürüblər.