ÜST: Təxirəsalınmaz tibbi yardımlar əsas xidmətlər zərfinə daxil edilməlidir


Digərləri 01 Avq 2019 16:15:00 235 0

ÜST: Təxirəsalınmaz tibbi yardımlar əsas xidmətlər zərfinə daxil edilməlidir

Azərbaycanda icbari tibbi sığorta çərçivəsində göstərilən ilkin səhiyyə xidmətlərinə bir sıra vacib xidmətlər daxil olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakab səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün ölkəyə gəlmiş beynəlxalq missiyanın nəticələrinə dair tədbirdə deyib.

Onun sözlərinə görə, bu, ana və uşaq sağlamlığının yaxşılaşmasına, eyni zamanda xroniki xəstəliklərdən əziyyət çəkən insanlara yardım göstərilməsinə imkan verəcək.

ÜST rəsmisi hesab edir ki, bu, vətəndaşların öz xərclərinin də azalmasına kömək edəcək.

M.Jakab onu da əlavə edib ki, Azərbaycanda vacib, təxirəsalınmaz məsələ ilkin səhiyyə xidməti göstərən səhiyyə ocaqlarının formalaşdırılmasıdır: "İstərdik ki, hazırda bununla bağlı gedən proseslər həm standartlara uyğun olsun, həm də Azərbaycanda müasir, dayanıqlı, bütün standartlara cavab verən səhiyyə sisteminin qurulmasına xidmət etsin. Azərbaycan artıq icbari tibbi sığorta sisteminin tətbiqinə başlayır. Bu, səhiyyə xidmətlərinə çıxışı təmin etmək üçün çox gözəl imkandır. Bu sistemdə universal paketdən istifadə edə bilərsiniz. Biz sistemdə çox vacib rol oynamalıyıq, çünki maliyyə imkanları məhduddur".

ÜST nüamyəndəsi vurğulayıb ki, Azərbaycanda əhali icbari tibbi sığorta sisteminə çox maraq göstərir. Ona görə də vergilərdən və digər maliyyə mənbələrdən daxil olan vəsaitlər idarə edilməlidir. Həmçinin, təxirəsalınmaz tibbi yardımlar əsas xidmətlər zərfinə daxil edilməlidir. Azərbaycan üçün ən vacib və təxirəsalınmaz məsələ ilkin səhiyyə xidmətini göstərən səhiyyə ocaqlarının formalaşdırılmasıdır.