"Park Cinema"dan yeni "Forsaj"ın hayküylü premyerası! FOTO


Digərləri 01 Avq 2019 16:04:00 699 0

"Park Cinema"dan yeni "Forsaj"ın hayküylü premyerası!  FOTO

Siz maşınları, bizim onları sevdiyimiz kimi sevirsiniz?

Bəs siz Dueyn Consonu və Censon Stethemi, bizim onları sevdiyimiz kimi sevirsiniz? Siz motosikletlər, tüninq maşınlar, cazibəli qızlar və dadlı yeməklər olan tədbirlərə necə baxırsınız?

Bütün bunlar çərşənbə günü "Park Cinema"da keçirilən, baş rollarda Ceyson Stethem və Dueyn Consonun çəkildiyi "Forsaj: Hobbs və Şou" filminin press nümayişinə həsr olunan axşamda olub. 

Park Cinemadan qeyri-adi tədbir, artıq filmin nümayişinə xoş əlavə kimi qəbul edildi. Amma, deyəsən, bu dəfə onlar özlərindən də keçdilər, qonaqların nüfuzlu tərkibi ilə yanaşı, axşamın diqqət mərkəzində dayanan, qonaqların hətta film başlayandan sonra da yanında dayanıb foto çəkdirdikləri tüninq maşınları oldu.