İsmayıllıda 45 yaşlı bərbər yanına gələn 17 yaşlı oğlana təcavüz edib


Kriminal 01 Avq 2019 15:15:00 337 0

İsmayıllıda 45 yaşlı bərbər yanına gələn 17 yaşlı oğlana təcavüz edib

İsmayıllı rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1974-cü il təvəllüdlü Namiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika.az-a istinadənxəbər verir ki, İsmayıllı rayonun Lahıc qəsəbəsində yaşayan Namiq Məmmədov (cinayət işi üzrə adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) rayonun Ərəgit kəndində bərbər işləyib.

"Başını kəsəcəm" hədəsi

İstintaq müəyyən edib ki, Namiq Məmmədov 3 oktyabr 2017-ci il tarixdə saat 18 radələrində bərbər işlədiyi, özünə məxsus bərbərxanada 2000-ci il təvəllüdlü Yavər Babayevin başını qırxıb.

Namiq Məmmədov Yavər Babayevin keçirilmiş serebral iflicin qalıq əlamətləri, ağıl zəifliyi və nitq qüsuru xəstəsi olduğunu bilib. Belə olan halda ona "sən dəlisən, başını istintaq təcridxanası kimi kəsəcəm", - deməklə hədələyib.

Bərbərxanada seksual hərəkət

Namiq Məmmədov belə hədə-qorxu gəlməklə Yavər Babayevin qorxudub, onun köməksiz vəziyyətindən istifadə etməklə zor tətbiq edib.

Bundan sonra o, Yavər Babayevi bərbərxanadakı stula oturdaraq, ona qarşı əxlaqsız hərəkətlər edib. Sonra isə Yavər Babayevi seksual xarakterli hərəkətlər etməyə, "oral" sekslə məşğul olmağa məcbur edib.

Cinayət işi açıldı

İstintaq orqanı tərəfindən Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

4 il cəza verildi

İsmayıllı rayon Məhkəməsinin hökmü ilə Namiq Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Namiq Məmmədov apelyasiya şikayəti verib.