“FINCA Azerbaijan” Bakı şəhərində Mərkəz filialını açdı (FOTO)


Digərləri 01 Avq 2019 15:06:00 222 0

“FINCA Azerbaijan” Bakı şəhərində Mərkəz filialını açdı (FOTO)

“FINCA Azerbaijan” filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində Bakı şəhərində Mərkəz filialının açılışını edib.

Bakı. “FINCA Azerbaijan” filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində Bakı şəhərində Mərkəz filialının açılışını edib. Rəsmi açılış mərasimində “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant, təşkilatın işçi heyəti və müştərilər iştirak edib. “FINCA Azerbaijan”ın Mərkəz filialı Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasının sakinlərini, xüsusilə, ticarət, xidmət və kənd təsərrüfatı sahəsində çalışan insanları məsuliyyətli maliyyə xidmətləri ilə təmin edəcəkdir. Açılış mərasimində çıxış edən Timoti Tarrant bunları deyib: “FINCA” ölkədə çalışan kiçik sahibkarları mikro kreditlər vasitəsilə dəstəkləməyə davam edir. Bakı şəhəri və ona yaxın yerləşən ərazilərdəki müştərilərimiz Mərkəz filialımız vasitəsilə onlara lazım olan kredit məhsullarından faydalana biləcəklər”. Mərkəz filialı Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 16 ünvanında – Memar Əcəmi metrosunun yaxınlığında fəaliyyət göstərir. FINCA yaxın vaxtlarda Ağdaş, Bərdə, Salyan və Lənkəranda da yeni filiallarının rəsmi açılışını həyata keçirəcək.