Şirvanda arvadını başqa kişi ilə tutan şəxs dəliyə döndü Şok təfərrüat


Kriminal 01 Avq 2019 14:31:00 236 0

Şirvanda arvadını başqa kişi ilə tutan şəxs dəliyə döndü  Şok təfərrüat

Şirvan şəhərində xuliqanlıqda ittiham olunan 1978-ci il təvəllüdlü Əli Məmmədovun (cinayət işində şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, 22 noyabr 2017-ci il tarixdə Yaqub Vəliyev Şirvan şəhərində evlərdən birində Əli Məmmədovun arvadı Səbinə Məmmədova ilə intim əlaqədə olub. Onların intim əlaqədə olmalarını Əli Məmmədov izləyərək tutub.

Səbinə Məmmədovala birgə ələ keçən Yaqub Vəliyev ifşa olunduğunu görüb və özünü haqlı tərəf kimi göstərməyə çalışıb. Qadının əriylə əlbəyaxa olarkən evin küçəyə açılan darvazasına tərəf çıxıb.

Səsə yığışan adamların yanında Əli Məmmədov uca səslə Yaqub Vəliyevin ünvanına nalayiq ifadələr işlədib səs-küy salıb. Daha sonra Yaqub Vəliyevə fiziki zor tətbiq edib, ona xəsarətlər yetirib.

Bununla kifayətlənməyən Əli Məmmədov Yaqub Vəliyevin çağırışı ilə hadisə yerinə gələn Şirvan Şəhər Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, həmçinin post-patrul xidməti bölüyünün iki polis nəfərinə hücum edib. Polis əməkdaşlarını da söyüb, onlara fiziki güc nümayiş etdirib.

Daha sonra yerdən götürdüyü daşla yaxın gələn polislərə xəsarət yetirəcəyini deyib. Hətta daşı polislərdən birinə tərəf də atıb.

İstintaq orqanı tərəfindən Əli Məmmədovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə ittiham elan edilib.

Şirvan şəhər Məhkəməsinin hökmü ilə Əli Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əli Məmmədov apelyasiya şikayəti verib. O, hər iki maddə ilə özünü təqsirli bilməyib və günahsız olduğunu qeyd edib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.