Hindistanda uşağın ağzından 500-dən çox diş çıxarıldı


Digərləri 01 Avq 2019 14:09:13 190 0

Hindistanda uşağın ağzından 500-dən çox diş çıxarıldı

Hindistanın Çennay şəhərində 7 yaşlı uşağın ağzından 500-dən çox diş çıxarılıb

Bakı. Hindistanın Çennay şəhərində 7 yaşlı uşağın ağzından 500-dən çox diş çıxarılıb. Trend-in məlumatına görə, uşaq alt çənəsində yaranan şiş və ağrılarla əlaqədar həkimə müraciət edib. Aparılan müşahidələr nəticəsində şişən bölgədə 526 ədəd xırda dişin çıxdığı məlum olub. Həkimlər bir saat yarım davam edən əməliyyat nəticəsində 200 qramlıq şişi aradan götürüblər.