Dənizdə batan gənc musiqiçinin meyiti tapıldı FOTO


Digərləri 01 Avq 2019 13:58:00 261 0

Dənizdə batan gənc musiqiçinin meyiti tapıldı  FOTO

31.07.2019-cu il tarixində Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1992-ci il təvəllüdlü Əkbərov Pənah Bəhram oğlunun axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Son.az-a məlumat verilib.

Bildirilir ki, P.Əkbərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Pənah Əkbərovklarnet ifaçısı olub.