Nazir dövlət büdcəsinin icrası ilə bağlı göstəriciləri açıqladı


Digərləri 01 Avq 2019 13:14:00 214 0

Nazir dövlət büdcəsinin icrası ilə bağlı göstəriciləri açıqladı

2019-cu ilin dövlət büdcəsinin 6 aylıq icrasının göstəriciləri ölkə iqtisadiyyatında baş verən dinamik prosesləri təsdiqləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

Nazir bildirib ki, dövlət büdcəsinin xərcləri 100,2 faiz səviyyəsində icra olunub - 10 milyard 951 milyon manat:

"Dövlət büdcəsinin gəlirləri isə 10 milyard 406 milyon manat məbləğində icra edilib. Dövlət büdcəsinin xərcləri artıqlaması ilə icra olunub. Büdcəni əsas təmin edən orqanlar, yəni Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən proqnoz göstəriciləri 108 faiz icra olunub. Çox yüksək göstəricilərdir.