Rusiyada adam öldürdü, Bakıda iki nəfəri bıçaqladı


Kriminal 01 Avq 2019 13:08:00 229 0

Rusiyada adam öldürdü, Bakıda iki nəfəri bıçaqladı

Qəsdən adam öldürməkdə təqsirləndirilən Gündüz Aslanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Məhkəmə hazırlıq iclası avqust ayının 6-na təyin olunub.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyayat-axtarış tədbirləri nəticəsində qətldə təqsirləndirilən, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Gündüz Çingiz oğlu Aslanov tutulub. Gündüz Aslanov 2015-ci ildə Rusiya Federasiyasında 1992-ci il təvəllüdlü Mübariz Nadir oğlu Səlimovu aralarında yaranan münaqişə zəminində öldürüb. 2016-cı il tarixdə Gündüz Aslanov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və axtarışa verilib. Bakıya gələn Gündüz Aslanov burada da cinayət törədib.