Yardımlıda inkubator məntəqəsi və yem emalı müəssisəsi istifadəyə verilib (FOTO)


Digərləri 01 Avq 2019 12:58:00 239 0

Yardımlıda inkubator məntəqəsi və yem emalı müəssisəsi istifadəyə verilib (FOTO)

Yardımlı rayonunun Gavran kəndində inkubator məntəqəsi, Sırıq kəndində isə yem emalı müəssisəsi fəaliyyətə başlayıb.

Bakı. Yardımlı rayonunun Gavran kəndində inkubator məntəqəsi, Sırıq kəndində isə yem emalı müəssisəsi fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Yardımlı Rayon İcra Hakimiyyətinin, KOBİA-nın, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və kənd sakinlərinin iştirakı ilə keçirilmiş tədbirlərdə müəssisələrin Azərbaycan Hökuməti və USAİD tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində istifadəyə verildiyi qeyd olunub. Qeyd olunub ki, Gavranda inkubator məntəqəsinin istifadəyə verilməsi ilə əsas fəaliyyət sahələrindən biri quşçuluq olan kənd sakinləri quşçuluq təsərrüfatlarını genişləndirəcək, digər rayonlarda yerləşən inkubatorlardan istifadə etmək üçün uzun məsafə qət etmədən, vaxta və xərclərinə qənaət edəcəklər. Ümumilikdə Gavrandakı inkubator məntəqəsindən 11 kəndin 9 minə yaxın sakini yararlanacaqdır.