İranda 3 narkotik qaçaqmalçısı öldürüldü


Dünya 01 Avq 2019 12:46:00 173 0

İranda 3 narkotik qaçaqmalçısı öldürüldü

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində keçirilən əməliyyat nəticəsində 3 narkotik qaçaqmalçısı öldürülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının polis rəisi Məhəmməd Qənbəri polis informasiya agentliyinə açıqlamasında deyib.

M.Qənbərinin sözlərinə görə, narkotik qaçaqçılarla baş verən silahlı insidentdə bir qaçaqmalçı öldürülüb. Hadisə yerinə baxış keçirilərkən 832 kq tiryək, 4 ədəd Kalaşnikov avtomatı və bir ədəd Colt tapançası aşkarlanıb. Qalan qaçaqmalçılar bir avtomobillə hadisə yerindən qaçıblar.

Qənbəri əlavə edib ki, əməliyyatın davamında daha 2 qaçaqmalçı öldürülüb. Onların avtomobilinə baxış keçirilərkən 388 kq tiryək, 25 kq həşiş, 2 ədəd Kalaşnikov avtomatı aşkarlanıb.