Qısa şort geyinən qızı sürücü avtobusdan düşürdü


Dünya 01 Avq 2019 12:30:00 248 0

Qısa şort geyinən qızı sürücü avtobusdan düşürdü

İsveçdə gənc bir qadını avtobus sürücüsü "Çox açıq geyinmisiniz" sözləri ilə acılayaraq avtobusdan düşürüb.

Son.az xartici KİV-ə istinadən xəbər verir ki, Malmödə yaşayan 19 yaşlı Amanda Hansson hava çox isti olduğu üçün belə geyindiyini deyib. Avtobusa minən qız oturmaq üçün yer axtararkən sürücü tərəfindən ön qapıya doğru çağırılıb. 

Sürücü Amandanı qolundan tutaraq avtobusdan aşağı salıb. 

İctimai qınağa səbəb olan sürücünün bu hərəkəti İsveçdə böyük səs-küyə səbəb olub.


Xəbərə aid fotolar