Oqtay Əliyevin atası da xalq artisti oldu FOTO


Kriminal 01 Avq 2019 12:13:00 526 0

Oqtay Əliyevin atası da xalq artisti oldu  FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

Son.az unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə xalq artisti fəxri adı verilən Əliyev Vidadi Hüseyn oğlu tanınmış aparıcı Dilarə Əliyevanın qaynatası, Elçin Əlibəyli və "SOY" Prodakşının rəhbəri Oqtay Əliyevin atasıdır.

Qeyd edək ki, 74 yaşlı Vidadi Əliyev 1967-ci ildən İrəvan Dövlət Dram teatrının aparıcı aktyoru olub. O, 1988-ci ildə didərgin düşmüş teatrı bərpa edib və uzun müddət teatrın bədii rəhbəri olub. V.Əliyev 20-dən çox bədii və qısametrajlı filmlərdə çəkilib, "Qətl günü" və "Doğma sahillər" filmlərinin rejissoru olub, müxtəlif kino mükafatlarına layiq görülüb.


Xəbərə aid fotolar