Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb


Digərləri 01 Avq 2019 11:32:57 256 0

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb

Son bir ayda Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 1 milyon manatdan çox artıb

Bakı. Son bir ayda Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 1 milyon manatdan çox artıb. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari il avqustun 1-dək fonda 101.775.225,87 AZN, 213.577,88 ABŞ dolları, 17.266,0 avro və 5000,0 rubl vəsait daxil olub. İyul ayında fondda yığılan vəsaitin həcmi 100.742.334,19 AZN, 213.577,88 ABŞ dolları, 16936,0 avro və 5000,0 rubl idi.