Hacıqabul və Beyləqanın bir neçə kəndində qaz təchizatı dayandırılacaq


Digərləri 01 Avq 2019 10:31:00 224 0

Hacıqabul və Beyləqanın bir neçə kəndində qaz təchizatı dayandırılacaq

Bu gün saat 12:00-dan 15:00-a qədər Hacıqabul rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.

Bakı. Bu gün saat 12:00-dan 15:00-a qədər Hacıqabul rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq. Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, qaz təchizatının dayandırılması ölçü hesablayıcı avadanlıqların və digər qurğuların təftişi, eləcə də sazlama işləri ilə əlaqədardır.