"Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”da dəyişiklik edilib


Digərləri 01 Avq 2019 10:23:00 250 0

"Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”da dəyişiklik edilib

Nazirlər Kabineti “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”da dəyişiklik edib.

Bakı. İlhamə İsabalayeva – Nazirlər Kabineti “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”da dəyişiklik edib. Trend-in məlumatına görə, “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ın indiyədək mövcud olan variantına əsasən, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və ya əsaslandırılmış imtina barədə qərar haqqında məlumat Məcəllənin 75.10-cu maddəsinə əsasən 10 gün müddətində Tikintilərin Dövlət Reyestrinə təqdim edilirdi. Yeni qərarda isə bu müddət azaldılıb və 3 iş günü müəyyən edilib.