Azərbaycanlı “vor zakon”ların dəbdəbəli məzarları rus mediasında FOTO


Digərləri 01 Avq 2019 10:18:41 278 0

Azərbaycanlı “vor zakon”ların dəbdəbəli məzarları rus mediasında  FOTO

"Ekspress-qazeta" kriminal avtoritetlərin dəbdəbəli məzarlarının siyahısını hazırlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıda azərbaycanlı "vor zakon"ların məzarları da yer alıb. 

Materialda 2016-cı ildə Türkiyənin İstanbul şəhərində öldürülən kriminal avtoritet Rövşən Lənkəransikinin (Caniyev) Azərbaycanda dəfn olunduğu qeyd edilib. Orada onun üçün böyük heykəl ucaldıldığı bildirilib.

Siyahıda daha bir azərbaycanlı kriminal avtoritetin də məzarı yer alıb. Bu, Hikmət Sabirabadskidir (Muxtarov). Onun qəbrinin üstündəki heykəl avtoritetin qızılı taxt-tacda oturduğunu əks etdirir.