Dövlət Dil Komissiyası yanında


Digərləri 01 Avq 2019 10:03:00 237 0

Dövlət Dil Komissiyası yanında

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar Nazirlər Kabineti (NK) qərar verib.

NK həm də "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi"ni təsdiq edib.

Nizamnaməyə əsasən, Monitorinq Mərkəzi Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

Mərkəz dövlət dilinin tətbiqinə kompleks nəzarət həyata keçirir, televiziya və radioda yayımlanan verilişlərdə, çap və elektron kütləvi informasiya vasitələrində, reklam, elan və afişalarda, küçə adlarında ədəbi dil normalarına riayət olunması ilə bağlı materialların toplanılması, araşdırılması, sistemləşdirilməsi və təhlilinin aparılması, ədəbi dil normalarının pozuntularının aradan qaldırılması üsullarının müəyyənləşdirilməsi, reklamlarda, müxtəlif xidmət sahələrində, çap və elektron kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik, leksik-semantik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi, filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün zəruri tədbirlərin müəyyənləşdirilməsi və aidiyyəti üzrə təkliflərin verilməsini həyata keçirir.

Mərkəz reklam, afişa və elanlarda, küçə adlarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün tədbirlər görür.