Bərdədə bostan bitkiləri yoxlanılıdı


Digərləri 01 Avq 2019 09:19:00 249 0

Bərdədə bostan bitkiləri yoxlanılıdı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fitosanitar müşahidələri davam etdirir.

Agentlikdən Son.az-a verilən məlumata görə, növbəti müşahidələr Bərdə rayonunun Xəsili və Lənbəran kəndində bostan bitkiləri əkilən sahələrdə həyata keçirilib.

Müşahidələr zamanı əkin sahələrində nitratester vasitəsilə bostan bitkilərində (qarpız,yemiş və s.) nitrat və nitritin qalıq miqdarı yoxlanılıb.

Təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə bağlı maarifləndirici məlumatlar verilib.

Bildirlib ki, torpağın aqrokimyəvi analizi aparılmadan ammonium nitrat gübrəsinin normadan artıq verilməsi bitkilərdə, xüsusilə qarpız və yemişdə nitrat və nitritin qalıq miqdarının normadan artıq yığılmasına səbəb olur. Bu da insan orqanizmində bəzi fəsadlara gəririb çıxara bilər. Buna görə də aqrokimyəvi maddələrdən istifadə edərkən diqqətli olmaq və müəyyən edilən normanı keçməmək lazımdır.