Putin ilə Trump arasında telefon danışığı olub


Dünya 01 Avq 2019 09:06:00 255 0

Putin ilə Trump arasında telefon danışığı olub

Vladimir Putin və Donald Trump arasında telefon danışığı olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət əsnasında Amerika lideri Rusiyaya meşə yanğınlarına qarşı mübarizədə kömək etməyi təklif edib.

Rusiya prezidenti Trump-a belə diqqətli münasibət və kömək və dəstək təklifi üçün səmimi təşəkkürünü bildirib.

Putin, zərurət olduqda Trumpın təklifindən faydalanacağını əlavə edib və Sibirdə yanğınlarla mübarizə üçün güclü bir hava qrupunun qurulduğunu bildirib.