Bərdədə bostan bitkiləri yoxlanılıdı


Digərləri 01 Avq 2019 09:09:38 251 0

Bərdədə bostan bitkiləri yoxlanılıdı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fitosanitar müşahidələri davam etdirir.

Bakı. İlhamə İsabalayeva – Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fitosanitar müşahidələri davam etdirir. Agentlikdən Trend-ə verilən məlumata görə, növbəti müşahidələr Bərdə rayonunun Xəsili və Lənbəran kəndində bostan bitkiləri əkilən sahələrdə həyata keçirilib. Müşahidələr zamanı əkin sahələrində nitratester vasitəsilə bostan bitkilərində (qarpız,yemiş və s.) nitrat və nitritin qalıq miqdarı yoxlanılıb. Təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə bağlı maarifləndirici məlumatlar verilib.