ABŞın Milli Park Xidməti təqviminin üz səhifəsində Azərbaycanın milli rəqsi FOTO


Dünya 01 Avq 2019 08:52:00 237 0

ABŞın Milli Park Xidməti təqviminin üz səhifəsində Azərbaycanın milli rəqsi  FOTO

ABŞ-ın Milli Park Xidməti Vaşinqtondakı Azərbaycanın Məktəbi tələblərinin milli rəqsini öz aylıq təqviminin üz səhifəsində yerləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkəmizin bayrağı fonunda həmin rəqsin şəkli Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə əlaqədar Vaşinqtonda keçirilmiş şənliklər çərçivəsində Azərbaycan Məktəbi tələbələrinin Linkoln Memorialın qarşısında milli rəqsləri nümayiş etdirərkən cari iyunun 8-də çəkilib.

Milli Park Xidməti belə təqvimlər vasitəsilə parklarda incəsənət və əyləncəli tədbirləri barədə geniş ictimaiyyətə və səfər edən turistlərə məlumat yayır. Azərbaycan Məktəbi tələbələrinin şəkli avqust ayı üzrə tədbirlər təqvimində yer almışdır. Xatırladaq ki, Milli Park Xidməti ABŞ-da ətraf mühiti, təbii resursları və mədəni irsi qorumağa məsul Daxili məsələlər Departamentinə tabedir.

Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevral ayında təsis edilib. Ölkəmizin ABŞ-dakı Səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə bu qurumun nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə Azərbaycan dili və mədəniyyəti dərsləri keçirilir, rəqslər öyrədilir və milli bayramları birlikdə qeyd etmək imkanı yaradılır. Bundan başqa, məktəbin tələbələri müxtəlif mədəni tədbirlərdə çıxış etməklə Azərbaycan mədəniyyətini nümayiş etdirir.


Xəbərə aid fotolar